Çevik qrafik, rahat tətbiq və asan start: kuryerin həyatından bir gün – FOTO

Şəhər sakinlərinin həyat ritmi ildən-ilə sürətlənir, onlayn xidmətlər isə istifadəçilərə gündəlik vəzifələrin öhdəsindən gəlməkdə kömək etmək üçün təkmilləşməyə davam edir.
Bu işdə onlara kuryerlər fəal şəkildə kömək edirlər. Onlar unudulmuş açarları çatdırır, ailəvi bayramlar üçün lazım olan hər şeyi daşıyır, həmçinin isti yeməyi operativ şəkildə ofisə və ya evə çatdırırlar.
Kuryer xidmətlərinə tələbat daim artır, bu peşənin populyarlığı isə bir çox suallar doğurur. Bura peşənin gəlirlilik səviyyəsi, işin ilk baxışda göründüyü qədər çətin olub-olmaması və ümumiyyətlə kuryer olmağın yolları ilə bağlı suallar daxildir. 1news.az redaksiyası bu suallara əyani şəkildə cavab tapmaq qərarına gəldi və müxbir Həcər Nəzərovanı özünü yemək çatdırılması üzrə “Yango Yemək” servisinin kuryer-tərəfdaşı rolunda sınamağa göndərdi.
"Eksperimentə başlamaq üçün “Yango”nun tərəfdaş parkı olan “StarTaxi”yə müraciət etdim. Orada məni piyada kuryer kimi qeydiyyata aldılar, yemək və məhsullar üçün termoçanta ilə təchiz etdilər, həmçinin geyinmək üçün soyuqdan qoruyan qalın gödəkçə verdilər. İşçilər koordinasiyalı işləyirdilər və cəmi 20 dəqiqə sonra mən marşruta çıxmağa və sifarişləri çatdırmağa hazır idim", - Həcər danışır.
.jpg)
.jpg)
.jpg)
.jpg)
Sifarişləri yerinə yetirməzdən əvvəl hər bir namizəd şəxsiyyət vəsiqəsinin qeydiyyatından və foto nəzarətindən ibarət yoxlamadan keçir. Bu, gələcək kuryerin şəxsiyyətinin pasportdakı şəklə uyğunluğunu təsdiqləmək üçün lazımdır. Sonra yeni işçilər üçün “Yango Pro” kuryer tətbiqindən istifadə üzrə ilkin təlim keçirilir.
Tətbiqin interfeysi asan anlaşılandır: sifarişin alınması və restoranda verilməsindən bilavasitə çatdırılma və ödənişin hesaba köçürülməsinə qədər izlənilir, qazancı dərhal şəxsi karta köçürmək mümkündür. Qarşıya qoyulan hədəflər sistemi əlavə motivasiya yaradır. Belə ki, müəyyən müddət ərzində müəyyən sayda sifarişi yerinə yetirdikdə kuryer əlavə bonuslar alır.
İndi isə sifarişlərin paylanma sürəti haqqında: sistem kifayət qədər qısa müddət ərzində ən yaxın sifarişləri tapır.
"İlk iş günü işə saat 15:25-də başladım və altı dəqiqə sonra smartfonuma sifariş gəldi – müştəriyə bağlama çatdırmaq lazım idi. Lakin bu zaman Bakıdakı hava şəraiti öz sözünü dedi - qəfil qar və şiddətli külək hərəkəti çətinləşdirirdi. Qrafikdən bir az kənara çıxsam da, 8 dəqiqə sonra sifarişi çatdırdım, məmnun müştəri isə hətta 1 manat bəxşiş də verdi. Belə şəraitdə bu, xüsusilə xoş idi", - Həcər deyir.
.jpg)
.jpg)
.jpg)
Növbəti sifarişi 5 dəqiqə sonra almaq mümkün oldu. O, Xaqani bağının (keçmiş Molokan bağı - red.) yaxınlığında yerləşən kafedən gəldi. Sifarişin hazır olmasını və qablaşdırılmasını gözlədikdən sonra Həcər çatdırılma ünvanına - İçərişəhərə yollandı. Kuryer tətbiqində istifadəçinin qeydləri görünürdü və bunun sayəsində hər şeyi vaxtında çatdırmaq mümkün oldu.
Növbəti təyinat nöqtəsi "28 May" metro stansiyasının yaxınlığında yerləşən pizzeriya oldu. Sifarişin hazırlanmasını gözlədikdən sonra əməkdaşımız yeməyi 18 dəqiqə ərzində müştərinin Üzeyir Hacıbəyov küçəsində yerləşən ünvanına çatdırdı.
Sifarişlərin paylanma sistemi operativ işləyirdi, cəmi bir dəqiqə sonra Sahil parkının yaxınlığında yerləşən kafe-şopdan növbəti sifariş alındı. 13 dəqiqə sonra jurnalistimiz sifarişi Səməd Vurğun parkının yaxınlığında yerləşən yaşayış evinə çatdırdı və burada da ona 1 manat bəxşiş verdilər.
"Hətta kiçik bəxşişlər də əhval-ruhiyyəni qaldırır və növbəni davam etdirmək üçün əlavə stimul yaradır. Bu, əməyə dəyər verilməsinin xoş əlamətidir. Buna görə də, əgər imkanınız varsa, kuryeləri həvəsləndirməyi unutmayın", - Həcər qeyd edir.
Növbəti sifarişi Fizuli küçəsində yerləşən pizzeriyadan aldım. Qara və güclənən küləyə baxmayaraq, tətbiqdəki marşrut yeməyi cəmi 15 dəqiqəyə çatdırmağa imkan verdi. Müştəri sürətdən məmnun qaldı.
Artıq saat 18:00 idi və havanın pisləşməsi səbəbindən Həcər çatdırılmaları bitirmək qərarına gəldi.
.jpg)
.jpg)
Eksperimentin nəticəsi
Ümumilikdə, çatdırılmasına təxminən 2,5 saat sərf olunan 5 sifarişin yerinə yetirilməsi ilə 20 manat 97 qəpik qazanmaq mümkün oldu. Bəxşiş 2 manat təşkil etdi.
"Bu, maraqlı təcrübə idi. Kuryerin gündəlik həyatını asan adlandırmaq olmaz: piyada çox gəzirsən, hava şəraiti dəyişə bilər, müştərilər isə müxtəlif olur. Amma mənə xoş gələn o oldu ki, nə qədər və nə vaxt işləyəcəyimə özüm qərar verirəm, qazancımı isə proqnozlaşdıra bilirəm. Üstəlik, kuryer tətbiqi prosesi asanlaşdırır: çatdırılmaları kifayət qədər tez həyata keçirməyə kömək edir, sifarişləri gözləmək lazım gəlmir. “StarTaxi”də qeydiyyat və işə başlama prosesi aydın və asan idi ki, bu da yeni başlayan üçün vacib amildir", - deyə Həcər təəssüratlarını bölüşür.
Gəlir bir çox amillərdən asılıdır: nəqliyyat, hava şəraiti, marşrutun uzunluğu. Əsas məsələ sifarişlərin yerinə yetirilməsinə nə qədər vaxt ayırmağınınızdır. Sabit çalışsanız, səkkiz saatlıq iş günündə orta səviyyədən daha yüksək daimi qazanc əldə etmək mümkündür.