Külək güclənib, qar yağıb - FAKTİKİ HAVA | 1news.az | Xəbərlər
Cəmiyyət

Külək güclənib, qar yağıb - FAKTİKİ HAVA

09:30 - 19 / 03 / 2025
Külək güclənib, qar yağıb - FAKTİKİ HAVA

Martın 19-u saat 9:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən 1news.az-a verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi, hazırda ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.

Hazırda bəzi ərazilərdə şimal-qərb küləyi əsir, küləyin sürəti Bakıda və Abşeron yarımadasında 27 m/s, Tovuzda 20 m/s, Mingəçevir, Daşkəsən, Naftalan və Yardımlıda 18 m/s, Şamaxıda 16 m/s, Şəki və Şuşada 15 m/s-dək güclənib.

Dağlıq ərazilərə qar yağıb, qarın hündürlüyü Şahdağda 2 sm təşkil edir.

Paylaş:
109

Son xəbərlər

Ağcabədidə yol qəzası olub

01 / 04 / 2025, 16:09
Bütün xəbərlər