Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Atakişi Atayev dəfn olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Atakişi Atayev dəfn olunub

12:17 - 19 / 03 / 2025
Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Atakişi Atayev dəfn olunub

Xocalı rayonu Naxçıvanlı kəndində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən şəhid Atayev Atakişi Qəhrəman oğlu dəfn olunub.

1news.az "Report"a istinadən xəbər verir ki, şəhidin dəfn mərasimində ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidin nəşinin qalıqları Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Qeyd edək ki, A.Atayev 1960-cı il oktyabrın 2-də Bakı şəhərində anadan olub. O, 1992-ci il iyunun 27-də Xocalı rayonunun Naxçıvanlı kəndində itkin düşüb.

Paylaş:
98

Son xəbərlər

Ağcabədidə yol qəzası olub

01 / 04 / 2025, 16:09
Bütün xəbərlər