Azərbaycana yaz fəsli daxil olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycana yaz fəsli daxil olub

13:15 - 20 / 03 / 2025
Azərbaycana yaz fəsli daxil olub

Bu gün saat 13:01:25-də Azərbaycana yaz fəsli daxil olub.

1news.az xəbər verir ki, bu zaman gecə ilə gündüz bərabərləşir və Günəş düz şərqdə doğub, qərbdə batır.

Belə ki, Günəş ekliptika üzrə hərəkət edərək, ekvatoru kəsib Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçir. Həmin andan Şimal yarımkürəsində yaz, Cənub yarımkürəsində isə payız fəsli başlayır. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 40 dəqiqə 46 saniyə olacaq.

Qeyd edək ki, XXI əsrdə yaz bərabərliyi günü 19 mart tarixinə 20 dəfə, 20 mart tarixinə 78 dəfə, 21 mart tarixinə isə cəmi 2 dəfə düşəcək.

Paylaş:
54

Son xəbərlər

Bu gün ikinci Qədr gecəsidir

20 / 03 / 2025, 16:59

Sabahın hava proqnozu

20 / 03 / 2025, 13:42
Bütün xəbərlər