AYNA: İki gündə paytaxtdan bölgələrə 27800-dən çox sərnişin daşınıb

Ölkənin bütün avtovağzal və avtostansiyaları martın 19-dan gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
Bu barədə 1news.az-a AYNA-dan xəbər verilib.
Qeyd edilib ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) müxtəlif istiqamətlərdə həyata keçirilən 760 reyslə 27 832 sərnişin daşınıb.
Rejimin ikinci günü BBAK-dan 374 reys həyata keçirilib, 13 824 sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb.
Adi günlərlə müqayisədə sərnişin tələbatını qarşılamaq üçün əlavə olaraq 135 reys həyata keçirilib.
Sərnişinlərin 48%-i biletlərini onlayn qaydada “biletim.az” portalından əldə edərək səfərlərini reallaşdırıb.
114