Gəncədə zəncirvari qəza baş verib, dörd nəfər xəsarət alıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Gəncədə zəncirvari qəza baş verib, dörd nəfər xəsarət alıb

17:21 - 22 / 03 / 2025
Gəncədə zəncirvari qəza baş verib, dörd nəfər xəsarət alıb

Gəncədə zəncirvari yol qəzası olub.

1news.az-ın "Report"a istinadən məlumatına görə, şəhər ərazisində iki "KİA" və bir "Mercedes" markalı avtomobillərinin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

İlkin məlumata görə, hadisə nəticəsində dörd nəfər xəsarət alıb.

Zərərçəkənlər xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
77

Son xəbərlər

Bütün xəbərlər