Gədəbəydə qar uçqunu nəticəsində həlak olmuş əsgər Bərdədə dəfn edilib - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Gədəbəydə qar uçqunu nəticəsində həlak olmuş əsgər Bərdədə dəfn edilib - YENİLƏNİB

12:41 - 22 / 03 / 2025
Gədəbəydə qar uçqunu nəticəsində həlak olmuş əsgər Bərdədə dəfn edilib - YENİLƏNİB

Gədəbəy rayonunda qar uçqunu nəticəsində həlak olmuş Azərbaycan hərbi qulluqçusu Bərdədə dəfn edilib.

1news.az “Report”a istinadən xəbər verir ki, 2005- ci il təvəllüdlü Həmidov Rüstəm vida mərasimindən sonra rayonun Güloğlullar kənd məzarlığında torpağa tapşırılıb.

12:02

Gədəbəy rayonunda qar uçqunu nəticəsində həlak olmuş Azərbaycan hərbi qulluqçusuyla Bərdədə vida mərasimi keçirilib.

1news.az “Report”a istinadən xəbər verir, 2005-ci il təvəllüdlü Rüstəm Ruslan oğlu Həmidovun cənazəsi gecə saatlarında ailəsinə təhvil verilib.

Qeyd edək ki, Rüstəm Ruslan oğlu Həmidov nişanlı olub, tərxis olunmasına 10 gün qalmış hərbi xidmət yoldaşı İmanov Əli Tariyel oğlu ilə birlikdə qar uçqunu nəticəsində ölüb.

Paylaş:
142

Son xəbərlər

Bütün xəbərlər