DİN: Həftəsonu 53 cinayətin üstü açılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

DİN: Həftəsonu 53 cinayətin üstü açılıb

14:29 - 24 / 03 / 2025
DİN: Həftəsonu 53 cinayətin üstü açılıb

Martın 22-də və 23-də ölkə ərazisində qeydə alınan 51, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyiin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 45, o cümlədən borclu şəxs qismində axtarışda olan 18 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb.

Paylaş:
108

Son xəbərlər

Bütün xəbərlər