Gəncədə yeniyetməni maşın vurub

Gəncədə piyadanı avtomobil vurub.
1news.az-ın APA-ya istinadən məlumatına görə, şəhər ərazisində avtomobil yolu qarşı tərəfə keçmək istəyən 2010-cu il təvəllüdlü M.Bəkirovanı vurub.
Xəsarət alan 15 yaşlı piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
120