Zaqatalada 34 yaşlı kişi dəm qazından boğularaq ölüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Zaqatalada 34 yaşlı kişi dəm qazından boğularaq ölüb

10:27 - 24 / 03 / 2025
Zaqatalada 34 yaşlı kişi dəm qazından boğularaq ölüb

Zaqatalada 34 yaşlı kişi dəm qazından boğularaq ölüb.

1news.az-ın APA-ya istinadən məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Aşağı Tala kəndində baş verib. Bakı şəhər sakini 34 yaşlı Sənan Oruc oğlu Məmmədovun meyiti bu gün səhər saatlarında yaşadığı evin hamamında aşkarlanıb.

İlkin məlumata görə, S.Məmmədovun dəm qazından boğularaq ölüb.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, əslən Aşağı Tala kəndindən olan S. Məmmədov bayramı qeyd etmək üçün ailəsi ilə birlikdə kəndə qonaq gəlibmiş.

Paylaş:
137

Son xəbərlər

Bütün xəbərlər