Göygöldə minik maşını işıq dirəyinə çırpılıb, xəsarət alan var | 1news.az | Xəbərlər
Cəmiyyət

Göygöldə minik maşını işıq dirəyinə çırpılıb, xəsarət alan var

13:26 - 25 / 03 / 2025
Göygöldə minik maşını işıq dirəyinə çırpılıb, xəsarət alan var

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

1news.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Gəncə-Şəmkir yolunun rayonun Quşqara kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Şəmkir sakini 1985-ci il təvəllüdlü A.Miriyev idarəetdiyi avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib. Nəticədə, minik maşını yol kənarındakı işıq dirəyinə çırpılıb.

Qəza zamaı sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
69

Son xəbərlər

Bütün xəbərlər