16 minlik oğurluq edən şəxs tutuldu | 1news.az | Xəbərlər
Cəmiyyət

16 minlik oğurluq edən şəxs tutuldu

15:55 - 25 / 03 / 2025
16 minlik oğurluq edən şəxs tutuldu

Xaçmazda oğurluqda şübhəli bilinən şəxs tutulub.

1news.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, polisə daxil olan məlumat əsasında keçirilən tədbirlərlə rayondakı evlərin birindən və mağazadan oğurluq etməkdə şübhəli bilinən Nurağa İsgəndərov saxlanılıb.

Həmin şəxsin məişət əşyaları, təmir alətləri, tütün məmulatları və pul oğurlaması, zərərçəkmişlərə ümumilikdə 16 min manat məbləğində ziyan vurması məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə N.İsgəndərovun barəsində həbs qətimkan tədbiri seçilib.

Paylaş:
65

Son xəbərlər

Bütün xəbərlər