Abşeronda yaşayış evində qadın meyiti tapılıb

Abşeronda yaşayış evində qadın meyiti tapılıb.
1news.az APA-ya istinadən xəbər verir ki, hadisə Saray qəsəbəsi “Üzümlük” yaşayış massivində yerləşən fərdi evlərin birində qeydə alınıb.
1961-ci il təvəllüdlü Validə Əbülfəz qızı Məstiyevanın meyiti yaşadığı evdə öz yaxınları tərəfindən aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
142