Ötən gün Azərbaycanda üstü açılan cinayətlərin sayı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən gün Azərbaycanda üstü açılan cinayətlərin sayı açıqlanıb

Qafar Ağayev10:36 - 29 / 03 / 2025
Ötən gün Azərbaycanda üstü açılan cinayətlərin sayı açıqlanıb

Martın 28-də ölkə ərazisində qeydə alınan 53, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

1news.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 31, o cümlədən borclu şəxs qismində axtarışda olan 5 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb.

Paylaş:
108

Son xəbərlər

Bütün xəbərlər