İstintaq təcridxanasına psixotrop maddə keçirilməsinin qarşısı alınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

İstintaq təcridxanasına psixotrop maddə keçirilməsinin qarşısı alınıb

Qafar Ağayev13:31 - 31 / 03 / 2025
İstintaq təcridxanasına psixotrop maddə keçirilməsinin qarşısı alınıb

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı istintaq təcridxanasına psixotrop maddə keçirilməsinin qarşısı alınıb.

Bu barədə 1news.az-a Penitensiar Xidmətdən məlumat verilib.

Bildirilib ki, həbs olunmuş şəxs Nəsimi Batdal oğlu Mustafayevə həyat yoldaşı tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman antiperspirant qabının içərisində xüsusi üsulla gizlədilmiş ümumi çəkisi 0,502 qram metamfetamin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır.

Paylaş:
104

Son xəbərlər

Ağcabədidə yol qəzası olub

01 / 04 / 2025, 16:09
Bütün xəbərlər