Bayram günlərində təcili tibbi yardım xidmətinə 52 mindən çox müraciət daxil olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bayram günlərində təcili tibbi yardım xidmətinə 52 mindən çox müraciət daxil olub

Qafar Ağayev14:59 - 01 / 04 / 2025
Bayram günlərində təcili tibbi yardım xidmətinə 52 mindən çox müraciət daxil olub

Bayramlarla əlaqədar qeyri-iş günlərində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.

Bu barədə 1news.az-a TƏBİB-dən məlumat verilib.

Bakı şəhəri üzrə təcili tibbi yardım xidmətinə 20.03.2025 - 31.03.2025-ci il tarixlərində 24 523 çağırış daxil olub. Bu çağırışlardan 2 268 nəfər müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub, digərlərinə isə yerində zəruri yardım göstərilib.

59 region üzrə isə bayram günlərində təcili tibbi yardım xidmətinə 27 981 çağırış daxil olub. 2 695 nəfər müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub, digərlərinə isə yerində zəruri yardım göstərilib.

Bakı şəhəri üzrə ən çox müraciət 31.03.2025-ci il tarixində qeydə alınıb.

Belə ki, müraciət sayı 2 274, hospitalizasiya olunanların sayı 217 nəfər təşkil edib.

Çağırış səbəbləri, əsasən, arterial təzyiqin yüksəlməsi, müxtəlif növ travmalar, dispeptik əlamətlər, kardioloji və respirator xəstəliklər və s. ilə bağlı olub.

Paylaş:
109

Son xəbərlər

Bütün xəbərlər