Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən atəşə tutulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən atəşə tutulub

08:33 - 01 / 04 / 2025
Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən atəşə tutulub

Martın 31-i saat 17:00-dan aprelin 1-i saat 04:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər və Gorus rayonlarının Zərkənd, Zod, Aşağı Şorca, Yuxarı Şorca, İstisu, Xanazax və Xəznəvar yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bu barədə 1news.az-a Müdafiə Nazirliyindən bildirilib.

Paylaş:
128

Son xəbərlər

Bütün xəbərlər