AQTA: Bəzi xarici şirkətlərdən Azərbaycana məhsul idxalına qadağa qoyulub | 1news.az | Xəbərlər
Cəmiyyət

AQTA: Bəzi xarici şirkətlərdən Azərbaycana məhsul idxalına qadağa qoyulub

Qafar Ağayev17:56 - 07 / 04 / 2025
AQTA: Bəzi xarici şirkətlərdən Azərbaycana məhsul idxalına qadağa qoyulub

Xəbər verildiyi kimi, AQTA tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı cari dövr ərzində ölkəmizə idxal olunan bir sıra qida məhsullarında uyğunsuzluqlar aşkarlanıb və müəyyən olunan konkret faktlar üzrə zəruri tədbirlər görülüb.

Agentlikdən 1news.az-a verilən məlumata görə, aşkarlanan uyğunsuzluqlarla bağlı tənzimləmə tədbirləri çərçivəsində xaricdə fəaliyyət göstərən bəzi şirkətlərdən ölkəmizə məhsul idxalına qadağa tətbiq olunub.

Belə ki, Ukrayna Respublikasının “Shidzahid”, “Zagotservice”, "Myasador”, "VKP Verbovskoye" MMC istehsalçı şirkətlərinin dondurulmuş mal əti məhsullarında, həmçinin bu ölkənin “Lutskaya Agrarnaya Kompaniya” şirkətinin dondurulmuş toyuq ayağı məhsulunda aşkarlanan uyğunsuzluqlarla bağlı həmin şirkətlərdən ölkəmizə məhsul ixracına qadağalar tətbiq olunub.

Həmçinin Belarus Respublikasının SP "Santa Bremor" istehsalçı şirkətinin hisə verilmiş balıq filesi, “Qrodnenskiy Myasokombinat OAO”nun dondurulmuş mal əti, Braziliya Federativ Respublikasının “Masterboi” istehsalçı şirkətinin dondurulmuş mal əti, Monqolustan Respublikasının “Azat LLC” istehsalçı şirkətinin quzu əti, Rusiya Federasiyasının “Miratorg-Kurs” istehsalçı şirkətinin isə donuzun dondurulmuş sümüksüz əti məhsullarında aşkarlanan uyğunsuzluqlarla əlaqədar müvafiq sağlamlaşdırıcı tədbirlərin görülməsi üçün sözügedən ölkələrin aidiyyəti qurumlarına bildiriş məktubları ünvanlanıb.

Paylaş:
61

Son xəbərlər

Bütün xəbərlər