Uşaqların I sinfə qəbulu prosesi başlayır | 1news.az | Xəbərlər
Cəmiyyət

Uşaqların I sinfə qəbulu prosesi başlayır

Qafar Ağayev11:04 - Bu gün
Uşaqların I sinfə qəbulu prosesi başlayır

1 may saat 11:00-dan etibarən 2025–2026-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilir.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən 1news.az-a verilən məlumata görə, qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə aparılacaq.

"Uşaqların birinci sinfə elektron qəbulu ölkənin bütün şəhər və rayonlarının ümumi təhsil müəssisələrini əhatə edir.

Qeyd edək ki, bu il Azərbaycan bölməsi üzrə 85 minə yaxın uşaq məktəbəhazırlıq qrupundan avtomatik olaraq I sinfə keçiriləcək.

Uşaqların məktəbə qəbulunda hər bir valideyn üçün əlçatanlığı təmin etmək əsas hədəflərimizdəndir" - deyə qurumdan bildirilib.

Paylaş:
83

Son xəbərlər

Bütün xəbərlər