Biləsuvarda bir neçə gün öncə hərbi xidmətdən dönən gənci mikroavtobus vurub | 1news.az | Xəbərlər
Cəmiyyət

Biləsuvarda bir neçə gün öncə hərbi xidmətdən dönən gənci mikroavtobus vurub

14:07 - 08 / 04 / 2025
Biləsuvarda bir neçə gün öncə hərbi xidmətdən dönən gənci mikroavtobus vurub

Biləsuvarda mikroavtobus piyadanı vurub.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə Biləsuavar-Bəhrəmtəpə avtomol yolunda, Nəsimi kəndi ərazisində qeydə alınıb.

Biləsuvar rayonunun Bəydili kənd sakini Tofiq Əliyevin idarə etdiyi "Mercedes" markalı mikroavtobus kənd sakini 2005-ci il təvəllüdlü Rəşad Əkbərovu vurub. Müxtəlif dərəcəli xəsarətlər alan piyada sürücü tərəfindən xəstəxanaya çatdırılıb. O, reanimasiyaya yerləşdirilib.

Məlumata görə, R.Əkbərov bir neçə gün öncə hərbi xidmətdən geri dönüb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
100

Son xəbərlər

Bütün xəbərlər