Göyçayda yas mərasimində evin eyvanı uçub, xəsarət alanlar var - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Göyçayda yas mərasimində evin eyvanı uçub, xəsarət alanlar var - YENİLƏNİB

Qafar Ağayev11:46 - 08 / 04 / 2025
Göyçayda yas mərasimində evin eyvanı uçub, xəsarət alanlar var - YENİLƏNİB

Göyçay rayonunda yas mərasimi zamanı evin eyvanı uçub, 8 nəfər xəsarət alıb.

1news.az-ın "Report"a istinadən xəbərinə görə, TƏBİB-dən bildirilib ki, aprelin 7-də saat 13:00 radələrində Göyçay rayonunun Qarayazı kəndində yas mərasimi zamanı eyvanın aşması nəticəsində xəsarət alan 8 nəfər Göyçay Rayon Mərkəzi Xəstəxanasının təcili yardım bölməsinə hospitalizasiya olunub.

Onlardan 1966, 1963, 1973, 1969, 1976, 1960 və 1962-ci il təvəllüdlü 7 nəfərə (qadın) ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

Digər 1973-cü il təvəllüdlü qadın isə çoxsaylı sınıqlar və onurğa zədəsi diaqnozu ilə ixtisaslaşmış tibb müəssisəsinə hospitalizasiya olunub.

09:30

Göyçayda yas mərasimində evin eyvanı uçub.

1news.az "Report"a istinadən xəbər verir ki, Vahidov Fərahim İsrafil oğluna məxsus evin həyətində keçirilmiş yas mərasimi zamanı mərasimdə iştirak edən qadınların oturduğu evin 2-ci mərtəbəsinin eyvanının uçması nəticəsində 1978-ci il təvəllüdlü Həşimova Mətanət Ağakərim qızı, 1969-cu il təvəllüdlü Vahidova Kəmalə Həşim qızı, Göyçay rayonu, Qarayazı kənd sakinləri 1966-cı il təvəllüdlü Cabbarova Saxanım Suru qızı, 1966-cı il təvəllüdlü Məmmədova Nazilə Məzahir qızı və 1963-cü il təvəllüdlü Əliyeva Susaxan Suru qızı həmin eyvandan yıxılaraq müxtəlif bədən xəsarətləri alıblar.

Araşdırma aparılır.

Paylaş:
234

Son xəbərlər

Şamaxıda zəlzələ olub

12 / 04 / 2025, 16:10

Azərbaycan nefti bahalaşıb

12 / 04 / 2025, 12:06
Bütün xəbərlər