Azərbaycan-İtaliya hərbi pilotları arasında ekspert görüşü keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan-İtaliya hərbi pilotları arasında ekspert görüşü keçirilib

Qafar Ağayev17:03 - 09 / 04 / 2025
Azərbaycan-İtaliya hərbi pilotları arasında ekspert görüşü keçirilib

Azərbaycan Hərbi Hava Qüvvələri ilə İtaliya Silahlı Qüvvələrinin Baş Qərargahı arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, hərbi pilotların təcrübə mübadiləsi çərçivəsində ekspert görüşü keçirilib.

Bu barədə 1news.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “Təkmil uçuş təlimi sahəsi üzrə ekspert görüşü” zamanı 4-cü və 5-ci nəsil döyüş təyyarələrinin pilotlarının təməl və təkmil səviyyəsində hazırlığı, eləcə də “Beynəlxalq təlim məktəbi” haqqında tərəflərin təqdimatları dinlənilib.

Görüşdə qarşılıqlı təcrübə mübadiləsi məqsədilə bu cür tədbirlərin keçirilməsinin əhəmiyyəti xüsusi qeyd edilib.

Paylaş:
117

Son xəbərlər

Tovuzda minik maşını aşıb

17 / 04 / 2025, 14:24
Bütün xəbərlər