Masallıda 19 kq narkotikin qanunsuz dövriyyəsinin qarşısı alınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Masallıda 19 kq narkotikin qanunsuz dövriyyəsinin qarşısı alınıb

Qafar Ağayev17:55 - 09 / 04 / 2025
Masallıda 19 kq narkotikin qanunsuz dövriyyəsinin qarşısı alınıb

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə fasiləsiz davam etdirilir.

DİN-dən 1news.az-a verilən məlumata görə, son olaraq Masallı rayonunda keçirilən əməliyyat zamanı 54 yaşlı İlham Səlimzadə tutulub. Ondan 19 kiloqram tərkibinə zərərli maddələr əlavə edilən marixuana, tiryək, psixotrop maddə metamfetamin və 800 ədəd metadon həbi aşkarlanıb.

İ.Səlimzadə ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Masallı rayonu ərazisindəki gizli yerdən götürdüyünü və ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətində olduğunu etiraf edib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Paytaxt və bölgələrdə bütün növ narkotik və psixotrop maddələrə qarşı mübarizə qətiyyətlə davam etdiriləcək.

Paylaş:
117

Son xəbərlər

Tovuzda minik maşını aşıb

17 / 04 / 2025, 14:24
Bütün xəbərlər