Azərbaycan Ordusunun mövqeləri Basarkeçər istiqamətindən atəşə tutulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan Ordusunun mövqeləri Basarkeçər istiqamətindən atəşə tutulub

08:31 - 09 / 04 / 2025
Azərbaycan Ordusunun mövqeləri Basarkeçər istiqamətindən atəşə tutulub

Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Bu barədə 1news.az-a Müdafiə Nazirliyindən bildirilib.

"Aprelin 8-i saat 19:20-dən 22:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qaraiman və Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub", – məlumatda qeyd olunub.

Bildirilib ki, ordunun bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.

Paylaş:
101

Son xəbərlər

Bütün xəbərlər