Heydər Əliyev prospektində baş verən ağır qəzada ölən və yaralanan var? - Bakı DYP və TƏBİB-dən açıqlama - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Heydər Əliyev prospektində baş verən ağır qəzada ölən və yaralanan var? - Bakı DYP və TƏBİB-dən açıqlama - YENİLƏNİB

Qafar Ağayev16:28 - 10 / 04 / 2025
Heydər Əliyev prospektində baş verən ağır qəzada ölən və yaralanan var? - Bakı DYP və TƏBİB-dən açıqlama - YENİLƏNİB

Heydər Əliyev prospektində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 2 nəfər (1 kişi, 1 qadın) Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

1news.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, 1974-cü il təvəllüdlü (kişi) şəxsə sol dizin kəsilmiş yarası diaqnozu təyin edilib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti stabildir.

Döş qəfəsinin əziyi diaqnozu təyin edilən 1976-cı il təvəllüdlü (qadın) şəxsə isə zəruri tibbi xidmətlər göstərilib və ambulator müalicə üçün evə buraxılıb.

***

16:28

Heydər Əliyev prospekti ilə Ələsgər Qayıbov küçəsinin kəsişməsində baş verən yol nəqliyyat hadisəsinin detalları açıqlanıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən 1news.az-a verilən məlumata görə, "BYD" markalı nəqliyyat vasitəsinin sürücüsü idarətməni itirərək Heydər Əliyev prospekti ilə Ələsgər Qayıbov küçəsinin kəsişməsində qəza törədib.

Qeyd olunub ki, hadisə nəticəsində yalnız "BYD"-nin sürücüsü yüngül bədən xəsarəti alıb.

Eyni zamanda Heydər Əliyev Prospekti ilə hərəkət edən "Ford" və "Chevrolet" markalı avtomobillərə də zərər dəyib.

Paylaş:
459

Son xəbərlər

Şamaxıda zəlzələ olub

12 / 04 / 2025, 16:10

Azərbaycan nefti bahalaşıb

12 / 04 / 2025, 12:06
Bütün xəbərlər