Yasamalda qaz xətti zədələndi, təcili dayanma oldu | 1news.az | Xəbərlər
Cəmiyyət

Yasamalda qaz xətti zədələndi, təcili dayanma oldu

Qafar Ağayev11:12 - 10 / 04 / 2025
Yasamalda qaz xətti zədələndi, təcili dayanma oldu

Yasamal rayonu, Qanlı Göl ətrafında zədələnmiş qaz xəttinin təmir olunması məqsədi ilə 10.04.2025-ci il saat 10:25-dən etibarən qaz təchizatı dayandırılıb.

1news.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb

Bildirilib ki, Təmir-bərpa işləri aparılır. Yeni Yasamal yaşayış massivinin, 2-ci Alatava qəsəbəsinin bir hissəsinin, Mida yaşayış kompleksinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.

Paylaş:
99

Son xəbərlər

Bütün xəbərlər