Gəncədə qida zəhərlənməsi baş verib

Bu gün saat 03:00 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə 6 nəfər (5 qadın, 1 kişi cinsli) hospitalizasiya olunub.
1news.az APA-ya istinadən xəbər verir ki, bu barədə TƏBİB-in məlumatında qeyd edilib.
Bildirilib ki, dəqiqləşdirilməmiş qastroenteritlər və kolitlər diaqnozu təyin edilən pasiyentlərə zəruri tibbi yardım göstərilib.
“Vəziyyətləri stabil qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar”, - məlumatda vurğulanıb.
113