Qobu və Masazır qəsəbələrində silah-sursat aşkar edilib - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Qobu və Masazır qəsəbələrində silah-sursat aşkar edilib - VİDEO

10:52 - 12 / 04 / 2025
Qobu və Masazır qəsəbələrində silah-sursat aşkar edilib - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Qobu və Masazır qəsəbələrində silah-sursat aşkar edilməsi barədə məlumatlar daxil olub.

Bu barədə 1news.az-a FHN-dən məlumat verilib.

Bildirilib ki, məlumatlarla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra çevik qrup tərəfindən ümumilikdə döyüş tətbiqinə yararlı 8 ədəd F1 əl qumbarası, 10 ədəd RQD 5 əl qumbarası, 18 ədəd UZRQM partladıcısı, 7 ədəd 7.62x55 mm-lik mərmi, 2 ədəd 9x18 mm-lik mərmi , 1 ədəd Makarov və 1 ədəd Tokarev markalı tapança götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Paylaş:
81

Son xəbərlər

Şamaxıda zəlzələ olub

12 / 04 / 2025, 16:10

Azərbaycan nefti bahalaşıb

12 / 04 / 2025, 12:06
Bütün xəbərlər