Əhməd İsmayılov Qazaxıstanının mədəniyyət və informasiya naziri ilə görüşüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Əhməd İsmayılov Qazaxıstanının mədəniyyət və informasiya naziri ilə görüşüb

Qafar Ağayev16:13 - 16 / 04 / 2025
Əhməd İsmayılov Qazaxıstanının mədəniyyət və informasiya naziri ilə görüşüb

Astanada təşkil olunan II Mərkəzi Asiya Media Forumu çərçivəsində Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov ilə Qazaxıstan Respublikasının mədəniyyət və informasiya naziri Aida Balayeva arasında ikitərəfli görüş keçirilib.

MEDİA-dan 1news.az-a verilən xəbərə görə, görüşdə iki ölkə arasında informasiya təhlükəsizliyi sahəsində əməkdaşlığın möhkəmləndirilməsinin, qarşılıqlı əlaqələrin dərinləşdirilməsinin, yeni təşəbbüslərin həyata keçirilməsinin önəmi vurğulanıb.

Bununla yanaşı, tərəflər arasında imzalanmış Anlaşma Memorandumundan irəli gələn məsələlərə toxunulub, media sahəsində mütəxəssislərin hazırlanması, saxta və etibarsız məlumatların yayılmasına qarşı mübarizə üsullarına dair təcrübə mübadiləsi istiqamətində müzakirələr aparılıb.

Paylaş:
105

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər