Moped və “VAZ-2107” qaçıranlar saxlanılıb

Səbail rayonunda polis əməkdaşlarının keçirdikləri tədbirlərlə 1500 manat dəyərində moped qaçıran, əvvəllər dəfələrlə məhkum olunmuş 42 yaşlı A.Teplyakov saxlanılıb.
DİN-in Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Abşeron rayonunda isə bir nəfərə məxsus “VAZ-21074” markalı nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 35 yaşlı R.Ramazanov saxlanılıb və qaçırdığı avtomobil sahibinə təhvil verilib.
Araşdırmalar aparılır.
125