DSMF-yə yeni sədr təyin olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

DSMF-yə yeni sədr təyin olunub

Qafar Ağayev11:39 - 16 / 04 / 2025
DSMF-yə yeni sədr təyin olunub

Əmək və əhalinin sosial müdafiəsi nazirinin əmri ilə Zəka Aqil oğlu Mirzəyev Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri təyin edilib.

1news.az bu barədə DSMF-yə istinadən məlumat verir.

Qeyd edək ki, Zəka Mirzəyev 1978-ci ildə anadan olub. 2005-ci ildən Maliyyə Nazirliyində baş məsləhətçi, sektor müdiri, müdir müavini, 2018-ci ildən Dövlət Sosial Müdafiə Fondunun idarə rəisi vəzifəsində çalışıb. 2020-ci ildən Fondun İdarə Heyətinin sədr müavini olub.

Paylaş:
156

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər