“Azərbaycan Şahmat Turu”nun tanıtım çarxı təqdim olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azərbaycan Şahmat Turu”nun tanıtım çarxı təqdim olunub

Qafar Ağayev12:03 - 16 / 04 / 2025
“Azərbaycan Şahmat Turu”nun tanıtım çarxı təqdim olunub

İlk dəfə olaraq bütün ölkəni əhatə edəcək “Azərbaycan Şahmat Turu” – (“Chess Tour Azerbaijan”) layihəsinin tanıtım çarxı təqdim olunub.

Azərbaycan Şahmat Federasiyasından (AŞF) 1news.az-a verilən məlumata görə, videoçarxda yarışların keçiriləcəyi şəhərlərdən görüntülər yer alıb.

Bu il həyata keçiriləcək layihə çərçivəsində ölkədə şahmat üzrə 8 beynəlxalq yarış təşkil olunacaq.

Şahmat turu paytaxt Bakıdan başlayacaq. Aprelin 28-dən etibarən “Baku Open” beynəlxalq şahmat festivalına start veriləcək. 18-25 iyun tarixlərində “Sheki Open”, 26 iyun-3 iyulda “Shamakhı Open”, 6-13 iyulda “Lankaran Open”, 15-22 iyulda “Guba Open”, 11-18 noyabrda isə “Ganca Open” və 19-26 noyabrda “Shirvan Open” keçiriləcək.

“Azərbaycan Şahmat Turu” çərçivəsində həm də “Vüqar Həşimov Open” turniri baş tutacaq.

Qeyd edək ki, bütün turnirlərdə yerli şahmatçılarla yanaşı, həm də xarici iştirakçıların o cümlədən beynəlxalq qrossmeysterlərin iştirakı planlaşdırılır.

Paylaş:
79

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər