Çaylarda yüksək sululuq davam edir | 1news.az | Xəbərlər
Cəmiyyət

Çaylarda yüksək sululuq davam edir

Qafar Ağayev13:41 - 17 / 04 / 2025
Çaylarda yüksək sululuq davam edir

Avtomat hidroloji stansiyaların aprelin 17-si saat 10:00-a olan məlumatına əsasən çaylarda yüksək sululuq davam edir.

Milli Hidrometeorologiya Xidmətindən 1news.az-a verilən məlumata görə, Böyük Qafqaz ərazisindən axan Qarasuçayda 156, Əyriçayda 14, Kiçik Qafqaz ərazisindən axan Zəyəmçayda 15, Əsrikçayda 7, Kürəkçayda 5, Qarabağ və Şərqi Zəngəzur bölgəsindən axan Oxçuçayda 14, Zabuxçay və Quruçayda 12, Köndələnçayda 5, Tutqunçay və Həkəriçayda 4, Lənkəran-Astara bölgəsindən axan Təngərüdçayda 10 santimetr artım qeydə alınıb.

Paylaş:
89

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər