Ödənişli yolda sel sularının yaratdığı fəsadlar aradan qaldırılıb - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Ödənişli yolda sel sularının yaratdığı fəsadlar aradan qaldırılıb - VİDEO

Qafar Ağayev15:18 - 17 / 04 / 2025
Ödənişli yolda sel sularının yaratdığı fəsadlar aradan qaldırılıb - VİDEO

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunun 129-cu km-də intensiv yağıntılar nəticəsində dağlardan gələn böyük sel kütləsinin yaratdığı fəsadlar tam olaraq aradan qaldırılıb.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, hazırda avtomobil yolunun sözügedən hissəsində sel kütləsindən qalan lil və palçığın təmizlənməsi işləri aparılır.

Xatırladaq ki, Şabran rayonu ərazisində baş vermiş intensiv yağıntılar nəticəsində dağlardan gələn böyük sel kütləsi Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunun 129-cu km-də yolun hərəkət hissəsinə dolmuşdu.

Yolun sözügedən hissəsində quraşdırılmış su keçidləri və suötürücü borular eyni anda gələn böyük sel kütləsini ötürməyə gücü çatmadığı üçün Bakı şəhər istiqamətində hərəkət məhdudlaşmışdı.

Paylaş:
184

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər