Samuxda Birinci Qarabağ müharibəsinin şəhidi Münasib Mehdiyev dəfn edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Samuxda Birinci Qarabağ müharibəsinin şəhidi Münasib Mehdiyev dəfn edilib

14:28 - 18 / 04 / 2025
Samuxda Birinci Qarabağ müharibəsinin şəhidi Münasib Mehdiyev dəfn edilib

Birinci Qarabağ müharibəsinin şəhidi Münasib Mehdiyevlə Samux rayonunun Qovlarsan kəndində keçirilən vida mərasimi başa çatıb.

“Report”a istinadənn məlumatına görə, M.Mehdiyevin nəşi Qovlarsan kənd qəbiristanlığında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, qazilər, rayon rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Münasib Namaz Mehdiyev 1973-cü il avqustun 28-də Samux rayonunun Qovlarsan kəndində anadan olub. O, 1992-cü il iyulun 19-da Ağdərə rayonunun Həsənriz (Aterk) kəndi istiqamətində tkin düşüb.

M.Mehdiyev Qovlarsan kənd qəbiristanlığında dəfn olunacaq.

Paylaş:
130

Son xəbərlər

Bütün xəbərlər