Bakı-Quba yolunda qəza olub, ölən var | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı-Quba yolunda qəza olub, ölən var

15:05 - 18 / 04 / 2025
Bakı-Quba yolunda qəza olub, ölən var

Bakı-Quba yolunda qəza baş verib.

1news.az APA-ya istinadən xəbər verir ki, hadisə yolun 29-cu kilometrliyində qeydə alınıb.

Fəzail Cəlilovun idarə etdiyi “Hyundai Elantra” markalı minik avtomobili ilə hərəkətdə olarkən yolun kənarında dayanmış Namiq Məhərrəmova məxsus “DAF” markalı yük avtomobilin qoşqusuna çırpılıb.

Nəticədə Fəzail Cəlilov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
127

Son xəbərlər

Bütün xəbərlər