“YAŞAT” Fondunun I intellektual marafonu keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

“YAŞAT” Fondunun I intellektual marafonu keçirilib

17:12 - 21 / 04 / 2025
“YAŞAT” Fondunun I intellektual marafonu keçirilib

“YAŞAT” Fondunun təşkilatçılığı ilə aprelin 18-20-də şəhid övladları üçün birinci intellektual marafon baş tutub.

Bu barədə 1news.az-a "ASAN xidmət"dən məlumat verilib.

Bildirilib ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində baş tutan layihə 16-21 yaş aralığındakı 50-yə yaxın şəhid övladını əhatə edib.

Layihənin əsas məqsədi iştirakçıların asudə vaxtlarının səmərəli təşkili, onların intellektual inkişafı, yeni bilik və bacarıqlar əldə etməklərinə dəstək olmaq olub.

Marafon müddətində müxtəlif intellektual oyunlar, bilik yarışmaları, əyləncə saatları keçirilib.

Həmçinin qaliblər və bütün düşərgə iştirakçıları müxtəlif qiymətli hədiyyə, mükafatlarla təltif olunublar.

Paylaş:
67

Son xəbərlər

Bütün xəbərlər