Üç ayda narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsi ilə bağlı 58 fakt aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Üç ayda narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsi ilə bağlı 58 fakt aşkarlanıb

Qafar Ağayev12:52 - Bu gün
Üç ayda narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsi ilə bağlı 58 fakt aşkarlanıb

2025-ci ilin yanvar-mart ayında hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 58 fakt aşkar edilib. Bu faktlar üzrə ümumi çəkisi 711 kiloqram 912,182 qram olan narkotik vasitə və psixotrop maddə, 2174 ədəd metadon və 13 min 155 ədəd güclü təsir edən maddə qanunsuz dövriyyədən çıxarılıb.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan 1news.az-a bildiriblər ki, ümumilikdə aşkar edilmiş cinayətlər 56 qrup halında törədilib. 415 cinayət faktı isə əvvəllər məhkum olunmuş şəxslər tərəfindən həyata keçirilib. Onlardan 496 kiloqram 971,5 qram müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilib.

Təhlillər göstərir ki, 2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə bu ilin müvafiq dövründə hüquq-mühafizə orqanları tərəfindən aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı faktların ümumi sayı 584, qanunsuz satışla bağlı faktların sayı 142, satış məqsədi olmadan qanunsuz əldə edib saxlama halları üzrə faktların sayı 438, narkotik tərkibli bitkilərin qanunsuz kultivasiyası ilə bağlı faktların sayı 6, qrup halında törədilən cinayətlərin sayı isə 5 vahid artıb. Eyni dövrdə məsuliyyətə cəlb edilmiş şəxslərin sayı 547 nəfər azalıb.

Paylaş:
75

Son xəbərlər

Bütün xəbərlər