Bakıda qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib

Aprelin 21-də 1988-ci il təvəllüdlü Ədil Məhərrəmovun paytaxtın Binəqədi rayonu ərazisində yerləşən fərdi yaşayış evində qəsdən öldürülməsi faktı ilə bağlı cinayət işi qaldırılıb.
Bu barədə 1news.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə istintaq edilən cinayət işi üzrə onun qohumu Nəcəf Qafarov həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.
N.Qafarov barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.
83