Bakıda “Li Auto”nun ilk “City Showroomu” açıldı və əsas satış mərkəzinin açılış tarixi bəlli oldu! - FOTO

“Li Auto” brendinin Azərbaycanda yeganə rəsmi idxalçısı olan “Efendiler Group” şirkəti öz şəhər şourumunu avtomobil sevənlərə təqdim etdi.
Media nümayəndələri və tanınmış şəxslərin iştirakı ilə keçən tədbirdə brendin Azərbaycandakı fəaliyyəti, təqdim olunan model cərgəsi və gələcək planlarla bağlı məlumat verildi.
“Efendiler Group”-un icraçı direktoru Amal Əlili öz çıxışında “Li Auto” sevənlərinə yeni müjdəni verdi: “Qeyd edim ki, hal-hazırda olduğumuz showroom 2-ci dərəcəli satış mərkəzi əhəmiyyəti daşıyır. Buradan bütün “Li Auto” sevənlərə xoş bir xəbər vermək istəyirəm: təxminən Avqust ayının sonlarında Babək prospekti 37 ünvanında inşa olunan “Li Auto”nun yeni satış mərkəzi avtomobil sevənlərin istifadəsinə veriləcək. Mərkəzin yalnız sərgi hissəsi 1000 kvm civarında olacaqdır.”
Rəsmi servis mərkəzi Babək prospekti, 35K ünvanında yerləşir və artıq 1 aydır ki, fəaliyyət göstərir, böyük və təcrübəli komanda ilə həftənin 6 günü müştərilərin xidmətindədir.
Şəhər şourumu Aşıq Molla Cümə küçəsi 44B ünvanında yerləşir. Hal-hazırda müştərilər üçün 4 il və ya 100 000 km rəsmi zəmanəti olan, 42 000 $-dan başlayan qiymətlər ilə L6, 48 000$-dan başlayaraq L7 və 63 500 $-dan başlayaraq L9 modelləri təqdim olunur.
Yaxın gələcəkdə model cərgəsinin genişləndirilməsi planlaşdırılır və Li i8, eləcə də “Li Mega” modelləri kimi yeni nəsil avtomobillərin təqdimatı olacaqdır.
Müştərilər öncədən avtomobili bron edə və servis üçün qeydiyyatdan keçə bilərlər. Ətraflı məlumat üçün əlaqə saxlaya bilərsiniz.
Ünvan: Aşıq Molla Cümə, 44B.
Əlaqə: *2299
Reklam hüququnda