Ötən gün cinayət törətməkdə şübhəli bilinən 75 nəfər saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 75 nəfər saxlanılıb

Qafar Ağayev11:05 - 23 / 04 / 2025
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 75 nəfər saxlanılıb

Aprelin 22-də ölkə ərazisində qeydə alınan 67, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 67, o cümlədən borclu şəxs qismində axtarışda olan 50 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 36, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 21 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 75 nəfər saxlanılıb.

Paylaş:
136

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

31 / 05 / 2025, 12:24

Çaylarda sululuq artıb

31 / 05 / 2025, 10:46
Bütün xəbərlər