Baş Dövlət Yol Polisi İdarəsi aqrar sektorda çalışan şəxslərə müraciət edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Baş Dövlət Yol Polisi İdarəsi aqrar sektorda çalışan şəxslərə müraciət edib

Qafar Ağayev12:33 - Bu gün
Baş Dövlət Yol Polisi İdarəsi aqrar sektorda çalışan şəxslərə müraciət edib

Mövsümlə əlaqədar respublikanın əksər bölgələrində kənd təsərrüfatı fəaliyyətinin canlanması avtomobil yollarında bu sahəyə aid texnikanın və daşımaların sayında əhəmiyyətli dərəcədə artıma səbəb olub.

1news.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin kənd təsərrüfatı sahəsində çalışan hüquqi və fiziki şəxslərə müraciətində bildirilir.

“Lakin təəssüflə qeyd edilməlidir ki, bəzən daşımaların texniki standartlara uyğun gəlməyən, xarici işıq cihazları nasaz, dövlət qeydiyyat nişanları yerində olmayan kənd təsərrüfatı texnikaları ilə həyata keçirilməsi, eləcə də əkin sahələrində çalışan adamların yük avtomobillərində və traktor qoşqularında daşınması, məhsulun qablaşdırılmadan çəki və ölçü parametrləri aşılmaqla aparılması kimi qayda pozuntularına yol verilirir ki, bu da ağır yol-nəqliyyat hadisələrinin baş verməsinə real zəmin yaradır.

Bu xüsusda qəzaların qarşısının alınması üçün aqrar sektorda çalışan, eləcə də bu sahədə yükdaşıma fəaliyyəti göstərən hüquqi və fiziki şəxslərə nasaz nəqliyyat vasitələrindən istifadə etməmək, qablaşdırmanı düzgün aparmaq, sürücülərin iş və istirahət rejimini nəzarətdə saxlamaq, sərxoş, yaxud yorğun, yuxusuz halda sükan arxasına əyləşmələrinin qarşısını almaq tövsiyə olunur”, - deyə müraciətdə qeyd edilir.

Paylaş:
61

Son xəbərlər

Bütün xəbərlər