Mədət Quliyev Velosiped Federasiyasının prezidenti postundan istefa verib | 1news.az | Xəbərlər
Cəmiyyət

Mədət Quliyev Velosiped Federasiyasının prezidenti postundan istefa verib

09:36 - Bu gün
Mədət Quliyev Velosiped Federasiyasının prezidenti postundan istefa verib

Mədət Quliyev Azərbaycan Velosiped Federasiyasının prezidenti postundan istefa verib.

1news.az xəbər verir ki, Azərbaycanın Milli Qəhrəmanı, general-polkovnik Mədət Quliyevin Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin müavini vəzifəsindəki işlərinin spesifikliyi ilə əlaqədar Azərbaycan Velosiped Federasiyasının prezidenti postundan istefa vermək qərarına gəldiyi bildirilir.

Qeyd edək ki, Mədət Quliyev 2021-ci ilin noyabr ayından etibarən Azərbaycan Velosiped Federasiyasının prezidenti idi.

Paylaş:
58

Son xəbərlər

Bütün xəbərlər