Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib

Qafar Ağayev13:07 - Bu gün
Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib

Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.

1news.az xəbər verir ki, aksiya Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü və dövlət başçısının ekoloji mühitin, xüsusilə yaşıllıqların qorunması ilə bağlı tapşırıq və tövsiyələri ilə əlaqədar aprelin 26-da Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Baş Prokurorluğun birgə təşkilatçılığı ilə baş tutub.

Ağacəkmədə Baş prokuror Kamran Əliyev, ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Rəşad İsmayılov, həmçinin hər iki qurumun rəhbər heyəti, əməkdaşları və könüllülər iştirak ediblər.

Tədbir zamanı Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun olan Eldar şamı və zeytun ağacları əkilib.

Paylaş:
65

Son xəbərlər

Bütün xəbərlər