Azərbaycan-Qazaxıstan İşgüzar Şurasının fəaliyyəti müzakirə edilib

Azərbaycan və Qazaxıstan iki ölkə arasında yaradılmış İşgüzar Şuranın fəaliyyətini müzakirə edib.
1news.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinnin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov "X" sosial şəbəkəsində hesabında bildirib.
Onun sözlərinə görə, müzakirələr İşgüzar Şuranın həmsədri, Qazaxıstanın Beynəlxalq Sahibkarlar Birliyinin (KIT) təsisçisi Dauren Bimov və heyəti ilə görüşdə baş tutub.
“Görüşdə ölkədə KIT-in nümayəndəliyinin fəaliyyətinə, İşgüzar Şura çərçivəsində əməkdaşlığa dair fikirlərimizi bölüşdük”, - deyə sədr qeyd edib.
75