Birinci rübdə DSMF-də 63 mindən çox vətəndaş müraciəti cavablandırılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Birinci rübdə DSMF-də 63 mindən çox vətəndaş müraciəti cavablandırılıb

Qafar Ağayev11:15 - Bu gün
Birinci rübdə DSMF-də 63 mindən çox vətəndaş müraciəti cavablandırılıb

Bu ilin yanvar-mart ayları ərzində Dövlət Sosial Müdafiə Fonduna ümumilikdə məktub, telefon zəngi və sosial şəbəkə hesabları vasitəsilə 63 min 289 vətəndaş müraciəti ünvanlanıb və cavablandırılıb.

Bu barədə 1news.az-a Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, onlardan 56 min 728-i rəsmi məktub və telefon zəngi, 6 min 561-i isə sosial şəbəkə hesablarından daxil olan müraciətlərdir.

Paylaş:
62

Son xəbərlər

Bütün xəbərlər