Ötən həftə minalardan təmizlənən ərazilərin sahəsi açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən həftə minalardan təmizlənən ərazilərin sahəsi açıqlanıb

Qafar Ağayev11:21 - Bu gün
Ötən həftə minalardan təmizlənən ərazilərin sahəsi açıqlanıb

Azad olunan ərazilərdə aprelin 21-27-də 36 tank əleyhinə mina, 35 piyada əleyhinə mina, 574 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

1news.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.

Məlumata əsasən, 1925,4 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində həyata keçirib.

Paylaş:
58

Son xəbərlər

Bütün xəbərlər