Bakıda ICESCO-nun regional ofisi yaradılacaq

Biz Bakıda ICESCO-nun regional ofisini yaradacağıq.
1news.az Trend-ə istinadən xəbər verir ki bu sözləri ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki Qərbi Azərbaycan İcmasının inzibati binasında İcma rəhbərliyi ilə görüşü zamanı deyib.
O bildirib ki, bu, ICESCO üçün bir qovşaq olacaq.
"Həm Azərbaycanı, həm də Mərkəzi Asiyanı birləşdirən bir qovşaq yaratmağı düşünürük. Bu təşkilat azad olunmuş Qarabağa səfər edən ilk beynəlxalq qurumdur. Biz Azərbaycanda hər istiqamət üzrə qurumlarla əməkdaşlıq etmişik", - deyə o əlavə edib.
77