Artilleriya bölmələri ilə döyüş atışları keçirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Artilleriya bölmələri ilə döyüş atışları keçirilib - FOTO

Qafar Ağayev10:25 - Bu gün
Artilleriya bölmələri ilə döyüş atışları keçirilib - FOTO

2025-ci ilin hazırlıq planına uyğun olaraq, Quru Qoşunlarının artilleriya bölmələrində praktiki döyüş atışları keçirilib.

1news.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, real döyüş şəraitinə uyğun keçirilən döyüş atışlarında şərti düşmənin planlı və plandankənar hədəflərinin aşkar edilməsi və sərrast atəşlə məhv edilməsinə nail olunub.

Praktiki məşğələlərin keçirilməsində əsas diqqət hərbi qulluqçuların praktiki bacarıqlarının artırılması, komandirlərin idarəetmə vərdişlərinin və qarşılıqlı əlaqənin təkmilləşdirilməsinə yönəldilib.

Paylaş:
61

Son xəbərlər

Bütün xəbərlər