Bəzi ərazilərdə 3 gün suyun verilişində fasilə yaranacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Bəzi ərazilərdə 3 gün suyun verilişində fasilə yaranacaq

Qafar Ağayev16:20 - Bu gün
Bəzi ərazilərdə 3 gün suyun verilişində fasilə yaranacaq

Bəzi ərazilərdə 3 gün suyun verilişində fasilə yaranacaq.

Bu barədə 1news.az-a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.

Bildirilib ki, 1-3 may tarixlərində Sumqayıt şəhərini içməli su ilə təchiz edən kəmərdə aparılacaq təmir işləri ilə əlaqədar şəhərin bəzi hissələrinə, Müşfiqabad, Altyalı, 28 May qəsəbələrinin bir hissəsinə suyun verilməsində fasilə yaranacaq.

3 may axşam saatlarından etibarən işlər yekunlaşdırılacaq və suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək.

Paylaş:
54

Son xəbərlər

Bütün xəbərlər